Cəmil Həsənlinin təbliğatı üçün toplantı

Cəmil Həsənlinin təbliğatı üçün toplantı
  15 Sentyabr 2013    Oxunub:1128
15 sentyabrda Müsavat Partiyasının qərargahında prezidentliyə namizəd Cəmil Həsənlinin kampaniyası ilə bağlı müşavirə keçirilib.
Müşavirədə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin özü də iştirak edib.

Müsavat Partiyasının üzvlərinin qatıldığı müşavirəni Cəmil Həsənlinin Seçki Qərargahının və Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı aparıb.

Müsavat başqanının müavini, Cəmil Həsənlinin MSK-dakı təmsilçisi Gülağa Aslanlı da müşavirəyə qatılıb.

Müşavirə iştirakçılarına görülən işlər və Seçki Qərargahını gözləyən vəzifələr barədə məlumat verilib.

Sabahdan start götürən təbliğat kampaniyası barədə geniş bilgi mübadiləsi olub. Müşavirədə 22 sentyabra təyin olunan mitinqə hazırlıq məsələləri də müzakirə edilib.(musavat)


Teqlər:



Xəbər lenti