Bakıda ata oğlunu yandırıb

Bakıda ata oğlunu yandırıb
  15 Sentyabr 2013    Oxunub:1083
Sərxoş kişinin benzin tökərək od vurduğu 16 yaşlı Nəcməddin Əsgərovun həyatını xilas etmək mümkün olmayıb
Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Dörd gün əvvəl qəsəbə sakini Əsgərov Nəcməddin Aydın oğlu bədənin ön və arxa səthinin hər iki yuxarı ətrafın üçüncü dərərcəli termiki yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə qəbul olunub.

Həkimlərin səylərinə baxmayaraq, Nəcməddin Əsgərovun həyatını xilas etmək mümkün olmayıb və o bu gecə xəstəxanada dünyasını dəyişib.

Xəzər rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Evə sərxoş vəziyyətdə gələn Mehdiyev Aydın Kamil oğlu plastik qabda saxladığı benzini həyat yoldaşı Sahibə Qəmbərova və oğlu Nəcməddin Əsgərovun üzərinə töküb. Ana və oğul qaçmağa cəhd ediblər, Sahibə Qəmbərova buna müvəffəq olub. Oğul isə atasının əlindən yaxa qurtara bilməyib. Nəticədə ata oğluna od vuraraq öldürməyə cəhd edib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti