Seçkilərlə bağlı daha bir toplantı

Seçkilərlə bağlı daha bir toplantı
  15 Sentyabr 2013    Oxunub:1162
Bu gün Milli Dirçəliş Hərəkatı Partiyasının Ali Məclisinin yığıncağı keçirilib.
Yığıncağda aşağıdakı məsələlər gündəliyə qoyulub və müvafiq qərarlar qəbul olunub:

1. MDHP Ali Məclis katibinin seçilməsi məsələsi.

2. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində MDHP tərəfindən verilmiş namizədin qeydə alınması üçün imzaların toplanması dövründəki fəaliyyətlə bağlı məsələ

3. MDHP-nin prezidentliyə verdiyi namizədin səlahiyyətli nümayəndələrinin təyin edilməsi ilə bağlı məsələ

4. Azərbaycan Respublikasında 09 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində 16-sı sentyabrda başlayacaq təbliğat kompaniyası ilə bağlı məsələ

5. Prezident seçkiləri zamanı dairələr üzrə MDHP tərəfindən müşahidəçilərin verilməsi ilə bağlı məsələ

6. Cari məsələlər

AM-in toplantısından sonra, partiya sədri, prezidentliyə namizəd Fərəc Quliyev seçkilərlə bağlı partiyanın rayon təşkilatlarının rəhbərləri ilə müşavirə keçirib.


Teqlər:



Xəbər lenti