Obama: İran Suriyadan dərs götürməlidir

Obama: İran Suriyadan dərs götürməlidir
  16 Sentyabr 2013    Oxunub:1169
Barak Obama «ABC» telekanalına müsahibəsində belə bir açıqlama verib
Suriyadakı vəziyyət Obamanın İran prezidenti Həsən Ruhani ilə məktublaşmasında da müzakirə edilib. Bu gün Fransa prezidenti Fransua Ollandın ABŞ-ın dövlət katibi Con Kerri və Böyük Britaniyanın xarici işlər naziri Uliyam Heyqlə Parisdə keçiriləcək görüşündə də Suriyadakı böhran diqqət mərkəzində olacaq.

Suriyada kimyəvi silahdan istifadə edildiyinə dair iddialardan sonra bu ölkədə araşdırma aparan BMT ekspertlərinin hazırladığı məruzə ötən gün qrumun baş katibinə təqdim olunub. Ban Ki-munun bu gün hesabat barədə təhlükəsizlik şurasını məlumatlandıracağı gözlənilir. Məsləhətləşmələr qapalı keçiriləcək. Daha sonra baş katib BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərlə görüşəcək, həmçinin təhqiqatların nəticələri barədə BMT Baş Assambleyasına məlumat verəcək. Ötən həftə videokameralar qarşısında olduğunu unudan Van Ki-mun avqustun 21-də Dəməşqdə bu silahdan istifadə olunduğunu təsdiqləyib. Lakin hesabatda Suriyada kimyəvi silahdan münaqişə tərəflərindən hansının istifadə etdiyinə dair məlumatın olmadığı bildirilir. Fransa prezidenti Fransua Olland isə rəsmi Parisin Suriyadakı vəziyyətlə bağlı hazırladığı qətnamə layihəsinin bu həftə ərzində BMT TŞ-nın səsverməsinə çıxarılacağını bildirib. Olland Suriya böhranının siyasi və diplomatik həll yolunun daha prioritet olduğunu nəzərə çatdıraraq rəsmi Dəməşqin ABŞ-la Rusiya arasında əldə olunan razılaşmanın şərtlərini yerinə yetirməyəcəyi halda bu ölkəyə hərbi müdaxiləni istisna etməyib. Suriyanın informasiya naziri Omran əz Zoubi isə bildirib ki, ölkəsi BMT-nin bütün tələblərini yerinə yetirməyə hazırdır. Böyük Britaniyanın İTN telekanalına müsahibəsində nazir rəsmi dəməşqin Rusiyanın kimyəvi silahlardan imtina ilə bağlı təklifini qəbul etdiklərini və bununla bağlı müvafiq siyahıyaalma prosesini başlatdıqlarını qeyd edib. ABŞ prezidenti Barak Obama Amerikanın ABC telekanılan müsahibəsində bildirib ki, iranlı həmkarı ilə arasında məktublaşma olub. Onun sözlərinə görə, İran ABŞ-ın Suriyaya hərbi müdaxilədən imtina barədə qərarından dərs götürməlidir.

Hesab edirəm ki, Tehran nüvə proqramının bizə Suriyadakı kimyəvi silahlardan daha vacib olduğunu anlayır. Nüvə silahlarının İsrailin təhlükəsizliyinə təhdidi bizim əsas maraqlarımıza ziddir. İran düşünməməlidir ki, biz əgər Suriyanı vurmadıqsa, Irana da zərbələr endirməyə cürət etməyəcəyik. Əksinə, onlar bu problemlərin diplomatik yollarla həllinin olduğunu anlamalıdırlar.

Obama eyni zamanda Rusiya prezidenti Vladimir Putinin Suriya böhranının nizamlanmasında iştirakını da alqışlayıb. Lakin o, Putini Suriyanı müdafiə etməkdə ittiham edərək Amerika ilə bu məsələdə eyni fikirləri paylaşmadığını söyləyib. Obama bəyan edib ki, Əsəd iqtidarda olduğu müddətcə, suriyada hər zaman münaqişə olacaq. ABŞ dövlət katibi Con Kerri isə İsraildə bu ölkənin baş naziri Binyamin Netanyahu ilə Suriya məsələsini müzakirə edib.

S.Həsənova


Teqlər:  





Xəbər lenti