Ermənistanda marixuana leqallaşdırıla bilər

Ermənistanda marixuana leqallaşdırıla bilər
  10 Oktyabr 2017    Oxunub:2130
Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalski rəsmi İrəvanın Avropa ölkələri ilə azad vizaya dair şərtləri yerinə yetirməli olduğunu bildirib.
AzVision.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Aİ ilə azad viza rejimi əldə etməyin ilkin şərtlərindən biri marixuanadan istifadənin leqallaşdırılmasıdır. Bu icazə Gürcüstanda çoxdan qüvvədədir.

Ümumilikdə isə ABŞ bu sahədə böyük biznes qurub. ABŞ-da yaşayan ermənilər Kaliforniya ştatında marixuana biznesi ilə məşğul olurlar. Onlar narkotk ticarətindən külli miqdarda vəsait əldə edirlər.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti