Somalidə partlayış nəticəsində 40 nəfər ölüb - Yenilənib

Somalidə partlayış nəticəsində 40 nəfər ölüb - Yenilənib
  15 Oktyabr 2017    Oxunub:3127
Moqadişoda partlayış nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış "Safari" otelinin qarşısında törədilib.

***

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Məlumata görə, yük maşınına yerləşdirilən partlayıcı qurğu Hodan rayonunda otelin qarşısında işə salınıb.

Partlayışa görə məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

AzVision.az


Teqlər: Somali  



Xəbər lenti