Qırğızıstanın yeni prezidenti bəlli oldu

Qırğızıstanın yeni prezidenti bəlli oldu
  16 Oktyabr 2017    Oxunub:2744
Oktyabrın 15-də Qırğızıstanda keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

AzVision.az xəbər verir ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən səsvermədə 1 milyon 692 min nəfər iştirak edib.
Onlardan 917 mini hakim Sosial Demokrat Partiyasının namizədi 59 yaşlı Soornbay Jeenbekovaya səs verib. Onun rəqibi, müxalifət partiyasından olan Omurbek Babanov isə 33, 47 faiz səsə toplayıb.

Nəticələr əsasən Soornbay Jeenbekov seçicilərin 55,93 faiz səsini toplayıb.

Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. MSK 20 gün ərzində seçkilərin yekun nəticələrini elan etməlidir.

AzVision.az



Teqlər: Qırğızıstan  





Xəbər lenti