Əli Əliyevin Apellyasiya şikayəti təmin olunmadı

Əli Əliyevin Apellyasiya şikayəti təmin olunmadı
  17 Sentyabr 2013    Oxunub:1070
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Cahangir Yusifovun sədrliyi ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizəd Əli Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında qərarının ləğvinə dair iddiasına baxılıb.

İddiaçı tərəfin MSK-nın Ə.Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında qərarının hüquqi cəhətdən əsaslandırlmadığı və obyektivliyi əks etdirmədiyi haqqında təkzibolunmaz dəlillərinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi MSK-nın haqqında danışılan qərarını qüvvədə saxlayıb.

Sözügedən məhkəmə instansiyasının bu qərarı ilə razılaşmayan VİP MSK-nın həmin qərarının ləğv olunması üçün qanunla nəzərdə tutulmuş müddət ərzində Ali Məhkəməyə müraciət edəcək.

VİP sədri, prezidentliyə namizəd Ə.Əliyevin MSK-ya qarşı iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunin (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri xanim Meqan Fitzgerald və Şəhla Hümbətova da müşahidə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti