Medvedev Ermənistandan narazı qayıtdı

Medvedev Ermənistandan narazı qayıtdı
  27 Oktyabr 2017    Oxunub:3185
Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Ermənistana gələn Rusiya nümayəndə heyəti İrəvandan narazı qayıdıb.


AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir ki, iclasda mal dövriyyəsi sahəsində mövcüd vəziyyəti göstərən erməni baş nazir Karen Karapetyan və Rusiyanın baş naziri Dmitri Medvedevin statistik rəqəmləri arasında fərq açıq-aşkar hiss edilib.
“Diqqət edin, “Multi Qrand”-da Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclası davam etdiyi məqamda Ermənistanın Energetika və Təbii Ehtiyyatlar Nazirliyində ABŞ səfiri ilə 190 milyon dollar həcmində sərmayə bəyannaməsi imzalanıb” - deyən mənbənin sözlərinə görə, Rusiya nümayəndə heyətinin narazılığına səbəb olan amillərdən biri də budur.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti