Türkiyə Kataloniyanın müstəqilliyinə qarşıdır
Qeyd olunub ki, İspaniyanın Kataloniya bölgəsində baş verən proseslər diqqətlə izlənilir: “Kataloniya parlamentinin müstəqillik elanını doğru hesab etmirik. Bu qərar İspaniya konstitusiyası və qanunlarına ziddir. Həmçinin İspaniya və bölgə xalqının iradəsini əks etdirmir”.
Açıqlamada gərginliyə səbəb ola biləcək müstəqillik qərarından geri dönülməsinə çağırış edilib. Həmçinin vurğulanıb ki, problem demokratiya və hüququn aliliyi çərçivəsində həll edilməlidir.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Türkiyə İspaniya Kataloniya