“Sən Azərbaycanlısan” rekord vurdu!

Müğənni Zülfiyyə Xanbabayevanın dövlət başçısına həsr olunmuş `Sən Azərbaycanlısan` adlı mahnısı rekord vurub. Dünən hamıdan əvvəl eksklüziv olaraq AzVision.az saytında təqdim edilən mahnı bir gün ərzində hitə çevrilib və artıq “Zəngimcell” xidmətinin zəngləri siyahısına da düşüb. İndiyə qədər hələ belə bir hal olmamışdı ki, bir mahnı təqdim olunduğu günün səhərisi “Zəngimcell”ə düşsün. Mahnıya çəkilən qeyri-adi dərəcədə gözəl klip isə Azərbaycanda faktik olaraq bu işin səviyyəsini indiyəcən görünməmiş həddə qaldırıb və görənləri heyran qoyub.