Kataloniya parlamentinin sədri həbs oluna bilər

Kataloniya parlamentinin sədri həbs oluna bilər
  01 Noyabr 2017    Oxunub:1284
İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün məhkəməyə çağırıb.
TASS-ın məlumatına görə, qərar prokurorluq regionun müstəqilliyinin elan edilməsində məsul olan parlament üzvlərinə qarşı iddia qaldırdıqdan sonra verilib. Onlar qiyamda, üsyanda və dövlət vəsaitinin israfında ittiham olunurlar.

Şübhəlilər ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırsalar, prokurorluq onların həbsində qərar edəcək.

AzVision.az


Teqlər: Kataloniya  





Xəbər lenti