Hindistan səfiri Bakı şopinq festivalından danışıb
Səfirin sözlərinə görə, belə festivalı təşkil etmək ilk növbədə böyük iqtisadi potensial tələb edir.
“Şopinq Festivalın əhəmiyyəti həm də ondadır ki, bu, ölkənin istehsal sahəsinin şaxələndirilməsinə zəmin yaradır. Azərbaycan hökuməti artıq ikinci dəfədir, şopinq festival keçirir. Və nəticədə ölkəyə turist axını müşahidə olunur. Hindistandan gələn turistlər də Bakı şopinq festivalına maraqla yanaşırlar. Məlum olduğu kimi, Bakıda böyük Hindistan sərgisi təşkil olundu. Bu sərginin iştirakçıları da festivalın əlverişli imkanlarından yararlandılar”, – deyə səfir bildirib.
AzVision.az
Teqlər: Bakı