Türkiyədə partlayış olub - 5 nəfər ölüb

Türkiyədə partlayış olub - 5 nəfər ölüb
  08 Noyabr 2017    Oxunub:1614
Türkiyənin Bursa şəhərində yerləşən boya fabrikində partlayış olub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Məlumata görə, fabrikdəki buxar qazanlarından biri partlayıb, nəticədə binanın damı çöküb. Partlayışdan sonra hadisə yerinə təcili yardım və yanğınsöndürən briqadalar cəlb olunub.

AzVision.az



Teqlər: Türkiyə   Partlayış  





Xəbər lenti