Əlindən 51 min manatı alıb qaçdılar
Nəsimi rayon sakini, 1974-cü il təvəllüdlü Qurban Xəlilov «Texnikabank»dan çıxarkən, iki nəfər naməlum şəxs onun əlində olan polietilen paketə bükülmüş 50966 manat pulu alaraq qaçıblar. Hadisəni törədənlər hadisə yerindən uzaqlaşıblar.
Faktla bağlı araşdırma aparılır.







Vaxtında, Aydın, Lazımlı!


