Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb
  28 Noyabr 2017    Oxunub:1320
Rusiyanın Tambov vilayətində helikopter qəzaya düşüb.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, qəza zamanı göyərtədə olan pilot və sərnişin həlak olub.

Qəza Kirsanov rayonunun Şinovka kəndi yaxınlığında baş verib. Regional FHN helikopterin qəzaya düşdüyü yerin aşkarlanması barədə məlumatı təsdiqləyib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Helikopter   Qəza  



Xəbər lenti