Putin və Sarkisyan sabah Minskdə görüşəcək
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
KTMT-nın Şura iclasında digər ölkə başçılarının da iştirak edəcəyi gözlənilir.
Daha əvvəl Belarusun ABŞ-dakı müvəqqəti işlər üzrə müvəkkili Pavel Şidlovskiy bəyan etmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin bütün ölkə başçıları noyabrın 30-da Minskdə keçiriləcək sammitə qatılacaqlarını təsdiqləyiblər.
“Bütün ölkələr həmrəylik göstərərək vahid ölkə kimi hərəkət edir”, - deyə Şidlovskiy KTMT-nın yaradılmasının 15 illiyi ilə bağlı Rusiyanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirdə çıxış edərkən bildirib.
Ermənistan prezidenti Serj Sarkisyanın da Minksə səfəri planlaşdırılır. Onun Rusiya prezidenti ilə tədbir zamanı görüşəcəyi bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az