İsrail İranın hərbi bazasını raketlə vurdu

İsrail İranın hərbi bazasını raketlə vurdu
  02 Dekabr 2017    Oxunub:5230
İsrailə məxsus hərbi təyyarələr Suriyanın paytaxtı Dəməşq yaxınlığında İrana məxsus hərbi bazaya zərbələr endirib.

AzVision.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb. Hərbi bazanın bombalanmasından sonra şiddətli partlayışın olduğu bildirilir.
Qeyd olunub ki, Suriyada yerləşən hava hücumundan müdafiə sistemləri raket atəşi ilə cavab verib.

Partlayışla bağlı Suriya və İran tərəfi hələlik rəsmi açıqlama verməyib. İsrail rəsmiləri məsələ ilə bağlı fikir bildirməkdən imtina edirlər.

Qeyd edək ki, bir müddət öncə “BBC” Dəməşqin 14 kilometr cənubunda, İsrailin nəzarətində olan Colan Təpələrindən 50 kilometr aralıda İranın hərbi baza qurduğunu yazmışdı.

Kənan Məmmədov
AzVision.az



Teqlər: İran   İsrail   Suriya   Dəməşq  





Xəbər lenti