Ərdoğan ABŞ-ı İsraillə hədələdi: “Əlaqələri kəsəcəyik”
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Qüds müsəlmanlar üçün qırmızı xətdir. Bu qərar bütün bəşəriyyət üçün ağır zərbə olacaq. Biz bunu belə qoymayacağıq. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə daxili məsələləri yoluna qoya bilmir. Biz sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.
Bundan öncə isə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.
Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat verəcək. Məlumata əsəsən, Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini yenidən təxirə salacaq.
İlkin Nəcəfzadə
AzVision.az