Ərdoğan Rza Zərrab olayından danışdı, Trampın adını çəkdi

Ərdoğan Rza Zərrab olayından danışdı, Trampın adını çəkdi
  05 Dekabr 2017    Oxunub:2406
Türkiyə prezidenti Rəcəb Tayyib Ərodoğan iş adamın Rza Zərrabın ABŞ-da keçirilən məhkəməsinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, Ərdoğan məhkəmə prosesini Türkiyəyə qarşı qurulmuş tələ adlandırıb. Türkiyə lideri hesab edir ki, ABŞ-da keçirilən məhkəmə prosesi hüquqla, ədalətlə bağlı olmayan kəndirbaz oyunudur:
“Eyni vaxtda bir daşla iki quş vurmaq istəyirlər. Hədəf Türkiyənin diqqətini bu məhkəmə prosesinə çəkərək, Suriya və İraqda ölkəmiz əleyhinə layihəni sürətləndirməkdir. Məhkəmənin layihəsi ABŞ hökuməti daxilindəki bir qrupa aiddir. Materialların toplanması tapşırığı isə FETÖ və CHP-yə verilib”.

Ərdoğanın fikrincə, ABŞ-da Türkiyədəki 28 fevral dönəminə bənzər proses yaşanır: “Kritik pillələrdə söz sahibi olan keçmiş hökumət kabinesindən bir qrupun ölkəmiz haqqında Tramp administrasiyasının iradəsinə zidd siyasi xətt tutduğu ortadadır. Demokratiyaya olan hörmətimizdən irəli gələrək, bizim tərəf müqabilimiz seçki ilə vəzifəyə gələn administrasiyadır. Yəni, cənab Trampdır. Bu, belə də qalacaq. Bizi İranla ticarət etdiyimizə görə, mühakimə etməyə çalışanların niyyəti sərhədlərimiz boyu qurmağa çalışdıqları on minlərlə adamandan ibarət terror ordusunu gizlətməkdir”.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan   Tramp   Rza-Zərrab  





Xəbər lenti