Saakaşvili Kiyevdə tutuldu, aclıq aksiyasına başladı
AzVision.az xəbər verir ki, bu barədə eks-prezidentin tərəfdarları məlumat yayıblar. Bildirilib ki, Saakaşvili müalicə üçün getdiyi xəstəxanada Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.
Məlumata görə, bu gün Saakaşvili barədə məhkəmə qərar verəcək. Odessanın keçmiş qubernatorunun tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin yerləşdiyi binanın ətrafına toplaşırlar.
Qeyd edək ki, Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Saakaşvili Kiyev