Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib - Yenilənib

Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib - Yenilənib
  11 Dekabr 2017    Oxunub:2487
Nyu-Yorkda partlayış törədən şəxsin kimliyi məlum olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insidentin 27 yaşlı Banqladeş vətəndaşı tərəfindən törədildiyi aşkar edilib.

Onun gödəkcəsinin cibində olan bomba qatar stansiyalarının yaxınlığında yyarımçıq işə düşüb. Hadisə nəticəsində cinayətkarın özü və yoldan keçən bir nəfər yaralanıb. Yaralı şəxs Belvyu xəstəxanasına çatdırılıb. Polis cinayətkarı həbs edib.

***
(17:42)

Nyu-Yorkun Manhetten rayonunda partlayış baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Nyu-York polisi öz “Twitter” səhifəsində yazıb.

Partlayışın avtobus dayanacağında baş verdiyi bildirilir. Hadisə ilə bağlı hələlik heç bir məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Nyu-York   ABŞ  





Xəbər lenti