Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır

Qüdslə bağlı fövqəladə zirvə toplantısı başlayır
  13 Dekabr 2017    Oxunub:1977
Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçiriləcək.
AzVision.az-ın məlumatına görə, toplantı yerli vaxtla saat 11:00-da başlayacaq.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani, Fələstin lideri Mahmud Abbas, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı və digər müsəlman ölkələrinin təmsilçiləri iştirak edəcəklər.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İƏT  





Xəbər lenti