Avropa İttifaqı: Azərbaycanla danışıqlarda irəliləyiş əldə olunub

Avropa İttifaqı: Azərbaycanla danışıqlarda irəliləyiş əldə olunub
  18 Dekabr 2017    Oxunub:3337
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişlə bağlı sektorial sahə üzrə danışıqlar zamanı irəliləyişə nail olunub.

Bunu AzVision.az-a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbərinin birinci müşaviri, siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis bildirib.
“Sektorial məsələlər üzrə danışıqlar olub. İrəliləyişlər var. Yanvar ayında Avropa ittifaqı və Azərbaycan arasında danışıqlar davam etdiriləcək”, - deyə Denis Daniilidis bildirib.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı dekabrın 15-də sektorial sahə üzrə videokonfrans formasında müzakirələr aparılıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan  



Xəbər lenti