Dövlət qulluğuna qəbulla bağlı statistik məlumatlar

Dövlət qulluğuna qəbulla bağlı statistik məlumatlar
  20 Dekabr 2017    Oxunub:3189
Dövlət İmtahan Mərkəzi 2017-ci il dekabrın 17-də keçirilən dövlət qulluğuna işə qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri üzrə statistik məlumatlarını təqdim edib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 65 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

Aşağıdakı cədvəldə imtahanda iştirak etmiş məzunlarının sayı 10-dan artıq olan ali təhsil müəssisələrinin göstəriciləri əks olunub.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Bakı Dövlət Universitetinin 538 məzunundan 251 nəfər (46.7%), Azərbaycan Dövlət İqtisad Universitetinin 521 məzunundan 230 nəfər (44.1%) imtahandan uğurla keçib. Dövlət İdarəçilik Akademiyasının məzunlarının 61.5%-i müvəffəqiyyət əldə edib. Akademiyanın 78 məzunundan 48 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb.

Məzunlarının sayı az olan ali təhsil müəssisələri üzrə göstəricilər statistik xəta çərçivəsindədir. Ona görə də onlar haqqında ümumi məlumatları ayrıca təqdim edirik.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 37-dir (21-i fəaliyyətini dayandırıb). Bu ali təhsil müəssiələrinin 128 məzunu imtahanda iştirak edib və onlardan yalnız 25 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 2.6%-ni təşkil edir. Fəaliyyəti dayandırılmış ali təhsil müəssisəsələrinin sayı isə ümumilikdə 22-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 15 nəfər (o cümlədən 11 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.

Digər ali təhsil müəssisələrinin məzunlarının nəticələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.





Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   İmtahan   Qəbul  





Xəbər lenti