Mogerini: “Azərbaycanla danışıqlarda yaxşı nəticələr əldə etmişik“

Mogerini: “Azərbaycanla danışıqlarda yaxşı nəticələr əldə etmişik“
  20 Dekabr 2017    Oxunub:2312
"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə edilib".
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.

Aİ rəsmisi Avropa Xarici Əməliyyatlar Xidmətinin Azərbaycana dair Avropa Komissiyası ilə birgə yaydığı hesabatda vurğulayıb: "Gənclərin görüşməsi, səfər etməsi, biznesin inkişaf imkanları, insan haqlarının müdafiəsi, enerji sahəsində əməkdaşlığın güclənməsi üçün birlikdə daha çox imkanların axtarışında olacağıq”.

Mogerini vurğulayıb ki, bizim münasibətlərimiz tərəfdaşlığımızın dərinliyini və gücünü əks etdirir.

AzVision.az


Teqlər:   Azərbaycan   Mogerini  





Xəbər lenti