Lavrov mətbuat konfransında nazirlə mübahisə etdi - VİDEO

Lavrov mətbuat konfransında nazirlə mübahisə etdi - VİDEO
  22 Dekabr 2017    Oxunub:19762
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moksvada səfərdə olan britaniyalı həmkarı Boris Consonla mübahisə edib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mübahisə nazirlərin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında baş verib.
Lavrov deyib: "Görüşdə Conson Britaniyada keçirilən referenduma (Brexit) Rusiyanın müdaxilə etməsinə dair əllərində sübutların olmadığını bildirib".

Bu çıxışdan sonra Conson Lavrova etiraz edərək, belə fikir səsləndirmədiyini deyib: "Mən qeyd etmişdim ki, Rusiyanın "Brexit"ə uğurlu müdaxiləsinə dair sübut yoxdur. Rusiya müdaxilə edib, lakin uğursuz olub. Rusiyanın Almaniya, İtaliya, Fransa və ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsina dair xeyli faktlar var".

Lavrov isə öz növbəsində "müdaxilə etmişiksə, dəlil-sübut olmalıdır", - deyə həmkarına iradını bildirib.

Britaniyalı nazir isə Lavrovu referenduma müdaxilə cəhdlərini etiraf etməyə çağırıb.

Lavrov Consonun replikasına cavab verib: "Faktları görmək istəyərdik. Faktsız danışmaq çətindir".

Conson isə bundan sonra "yaxşı" deyərək mübahisəyə son qoyub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov   Nazir   Mübahisə  





Xəbər lenti