Korrupsiyada ittiham olunan ərəb zənginlər azadlıqda

Korrupsiyada ittiham olunan ərəb zənginlər azadlıqda
  25 Dekabr 2017    Oxunub:1210
Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunan 20 nəfəri həbsdən azad edib.
AzVision.az "The Wall Street Journal"ına istinadən xəbər verir ki, son həftə ərzində azad olunanların sırasında nüfuzlu şəxslər də var.

Həbsdən çıxan şəxslər sırasında sabiq maliyyə naziri İbrahim Əbdül Əziz əl-Əssafın da olduğu bildirilir.

Qeyd edək ki, sabiq maliyyə naziri Məkkədə məscidin genişləndirilməsi layihəsi ilə əlaqədar fırıldaqçılıqda ittiham olunurdu. Bundan əlavə sərbəst buraxılanlar arasında şahzadə Turki bin Xalid, o cümlədən maliyyə nazirinin sabiq müavini və "Saudi Telecom" şirkətinin keçmiş rəhbəri də var.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Səudiyyə-Ərəbistanı   Həbs  





Xəbər lenti