Türkiyə "S-400"lərin alınmasını Moskva ilə tam razılaşdırıb

Türkiyə "S-400"lərin alınmasını Moskva ilə tam razılaşdırıb
  27 Dekabr 2017    Oxunub:1424
Rəsmi Ankara və Moskva "S-400" zenit raket komplekslərinin 4 divizionunun alınmasına dair müqaviləni tam razılaşdırıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edilib ki, bundan əvvəl “Rostex” kompaniyasının direktoru Sergey Çemezov “Kommersant” qəzetinə verdiyi müsahibədə Türkiyənin 2,5 milyard dollara Rusiyadan "S-400" zenit raket komplekslərinin 4 divizionunu aldığını açıqlamışdı.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya   S-400   Raket  





Xəbər lenti