Moskvadan Bakıya uçan təyyarə təcili eniş edib - Yenilənib

Moskvadan Bakıya uçan təyyarə təcili eniş edib - Yenilənib
  30 Dekabr 2017    Oxunub:5441
Volqoqradda təcili eniş edən "Moskva-Bakı" təyyarəsi Azərbaycan paytaxtına uçub.
Bu barədə Volqoqrad aeroportunun nümayəndəsi Yaroslav Zimin deyib.

Qeyd edək ki, "Aeroflot" aviaşirkətinə məxsus Moskva-Bakı təyyarəsi Volqoqrad şəhərinə təcili eniş edib. Təyyarənin təcili enişinə səbəb ağciyər xərçəngindən əziyyət çəkən sərnişində təzyiqin qalxması olub.

Ziminin sözlərinə görə, sərnişin Volqoqradda klinik xəstəxanaya yerləşdirilib, təyyarə isə marşrut üzrə hərəkətinə davam edərək Bakıya uçub. (Trend)

AzVision.az


Teqlər: Moskva   Bakı   Təyyarə  





Xəbər lenti