Rusiya Misirlə hava əlaqəsini bərpa edib

Rusiya Misirlə hava əlaqəsini bərpa edib
  04 Yanvar 2018    Oxunub:1576
Rusiya Prezidenti Vladimir Putin Qahirə ilə müntəzəm aviasiya əlaqəsinin bərpa olunması barədə fərman imzalayıb.
AzVision.az Rusiya mətbuatına istinadla xəbər verir ki, fərman dekabrın 30-dan etibarən qüvvəyə minib.

Qeyd edək ki, Rusiya Misirlə aviasiya əlaqəsini 2015-ci ilin noyabrında Şarm-əş-Şeyxdən Peterburqa uçan təyyarənin Sinay üzərində qəzaya uğramasından sonra dayandırmışdı. Qəza nəticəsində “Koqalımavia” kompaniyasına məxsus laynerin göyərtəsindəki 217 rusiyalı turistin və 7 ekipaj üzvünün hamısı həlak olmuşdu.

AzVision.az


Teqlər: Rusiya   Misir  





Xəbər lenti