"Ərəb baharı"nın başladığı ölkədə xalq üsyanı - Ölən və yaralılar var

"Ərəb baharı"nın başladığı ölkədə xalq üsyanı - Ölən və yaralılar var
  10 Yanvar 2018    Oxunub:3241
2010-cu ildə "Ərəb baharı"nın başladığı Tunisdə xalq yenidən etirazlara başlayıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yüzlərlə insan paytaxt Tunisdə küçələrə çıxaraq etiraz aksiyası keçirib.
Onlar sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsindən, vergilərin artırılması və ərzaq məhsulalrının bahalaşmasından şikayətləniblər.

Polisin tələbinə tabe olmayan etirazçılarla hüquq-mühafiz orqanlarının əməkdaşları arasında toqquşmalar olub. Nəticədə 55 yaşlı bir etirazçı həyatını itirib, 5 nəfər isə ağır yaralanıb.





AzVision.az


Teqlər: Tunis   Etiraz  





Xəbər lenti