"Bu il yaxşı heç nə gözləməyin" - Manukyan ermənilərə səsləndi
Bunu erməni iqtisadçı Artak Manukyan söyləyib. Onun sözlərinə görə, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir.
Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini bildirib. Statistika xidmətinin son məlumatına görə, hazırda Ermənistanın xarici borcu 5,10 milyard dollar təşkil edir. Bu isə ümumi daxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyirlər.
Erməni ekspertin qeyd etdiyi faktlar Sarkisyan hakimiyyətinin əsl simasını, xalq qarşısında edilən çıxışların yalandan ibarət olduğu təsdiqləyir.
AzVision.az
Teqlər: Ermənistan İqtisadçı