Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı
  20 Yanvar 2018    Oxunub:1569
Türkiyənin Eskişehir şəhərində avtobus qəzası baş verib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankaradan Bursa istiqamətində hərəkət edən sərnişin avtobusu Eskişehir ərazisində yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Qəzaya səbəb sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün etdiyi kəskin manevr olub. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə yerində polis işləyir.

AzVision.az



Teqlər: Türkiyə   qəza  



Xəbər lenti