Ermənistan ordusu Qaymaqlı kəndini atəşə tutub

Ermənistan ordusu Qaymaqlı kəndini atəşə tutub
  20 Yanvar 2018    Oxunub:2682
Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.
AzVision.az APA-ya istinadə yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib.

Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

AzVision.az


Teqlər: Qazax   Qaymaqlı   Təxribat   Ermənistan  



Xəbər lenti