Rusiya ordusu Afrini tərk edib

Rusiya ordusu Afrini tərk edib
  21 Yanvar 2018    Oxunub:2093
Rusiya ordusu Suriyanın şimalındakı Afrin bölgəsini tərk edib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, rus hərbçilərin Afrindən geri çəkilməsi Türkiyənin başlatdlığı hərbi əməliyyatlarla bağlıdır.

Məlumata görə, rus hərbiçilər Afrindən Tel-Acar rayonuna dislokasiya edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bu gün axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Afrin  



Xəbər lenti