Suriyadan Türkiyəyə raket zərbələri endirilib

Suriyadan Türkiyəyə raket zərbələri endirilib
  21 Yanvar 2018    Oxunub:2136
Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən dörd raket atılıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb.
Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn yanğınlar söndürülüb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub.

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb.

“Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

AzVision.az


Teqlər: Suriya   Türkiyə   Raket  



Xəbər lenti