“Siyahıda olanlar ABŞ-ın düşmənləri elan olunub” - Peskov

“Siyahıda olanlar ABŞ-ın düşmənləri elan olunub” - Peskov
  30 Yanvar 2018    Oxunub:2032
“ABŞ-ın “Kreml siyahı”sına daxil edilən Rusiya siyasətçiləri və biznesmenləri ABŞ-ın de-fakto düşmənləri elan olunub”.
AzVision.az-ın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib. Onun sözlərinə görə, prezident Vladimir Putin vəkilləri ilə yanvarın 30-da keçiriləcək görüşündə ABŞ-ın məruzəsinə qiymət verəcək. Peskov emosiyalara qapılmamağı və sənədi rahat təhlil etməyə çağırıb:

“Əgər siz bu sənədin mətni və başlığını oxusanız, görərsiniz ki, de-fakto olaraq həmin şəxslər ABŞ-ın düşmənləri adlandırılıb. Yanaşma belədir. Sənədi təhlil etmədən ona qiymət vermək çətindir. Ona görə də üzərində işlənməlidir ki, hansısa motivasiyanın olub-olmaması və oraya daxil edilmə və ya edilməmənin səbəbləri araşdırılsın”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti