Türkiyə XİN Rusiyadan izahat tələb etdi

Türkiyə XİN Rusiyadan izahat tələb etdi
  30 Yanvar 2018    Oxunub:1924
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya etirazını bildirib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə XİN terrorçu Mihraç Uralın Soçidə keçirilən Suriya Milli Dialoq Konqresində iştirakına görə rəsmi Moskvadan izahat tələb edib.

Qeyd edək ki, Soçidə Suriya Milli Dialoq Konqresi keçirilir. Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün Soçiyə 1511 nümayəndə gəlib.

AzVision.az


Teqlər: Türkiyə   XİN   Ankara   Rusiya   Soçi  



Xəbər lenti