İŞİD Rusiyada seçki günü terror törədəcəkdi

İŞİD Rusiyada seçki günü terror törədəcəkdi
  01 Fevral 2018    Oxunub:1832
Rusiyanın Nijni Novqorod şəhərində prezident seçkiləri günü terror aktı törətmək istəyən İŞİD terror qruplaşmasının üzvü zərərsizləşdirilib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, terrorçu saxlanılarkən silahlı müqavimət göstəriblər, lakin xidmətin xüsusi bölmələri onları neytrallaşdırıb. Terrorçu yaxın xarici ölkələrdən birinin vətəndaşıdır.

Cinayətkarın yaşadığı əraziyə keçirilən baxış zamanı orada partlayıcı qurğuların hazırlanması üçün komponentlər, odlu silah və döyüş sursatı aşkar edilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   İŞİD  



Xəbər lenti