33 yaşlı qapıçıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu üzə çıxıb. Nuriyevanın orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb. Bu səbəbdən AMADA "Azəryol"un həndbolçunu 4 illik müddətə yarışlardan diskvalifikasiya edib.
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevanın cəza müddəti ötən ilin 23 oktyabrın hesablanmağa başlayıb və 2021-cu il oktyabrın 23-də bitəcək.
Qeyd edək ki, Nuriyevayadək daha 4 idmançımız dopinq-testdə "ilişdiyi" üçün AMADA-nın cəzası ilə üzləşib.

AzVision.az