Qəzaya düşən təyyarədə bir azərbaycanlı olub - SİYAHI (VİDEO)

Qəzaya düşən təyyarədə bir azərbaycanlı olub -
 SİYAHI (VİDEO)
  11 Fevral 2018    Oxunub:5599
Rusiyanın qəzaya uğrayan "An-148" sərnişin təyyarəsində bir azərbaycanlı olub.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin sərnişinlərinin tam siyahısı dərc olunub.
Siyahıda Namiq Qəhrəmanov adlı azərbaycanlının adı qeyd olunub. Hələlik onun Azərbaycan, yoxsa digər ölkənin vətəndaşı olduğu məlum deyil.



Qeyd edək ki, Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan sonra Orsk şəhərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Rəsmi məlumata əsasən, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.



AzVision.az


Teqlər: Təyyarə   Qəza   Rusiya   Azərbaycanlı  



Xəbər lenti