Məktəbdə 17 nəfəri öldürən gəncin FOTOLARI
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolardan Kruzun əlində bıçaq və odlu silah olduğu görünür.
Qeyd edək ki, hadisə Parkland şəhərində qeydə alınıb. Silahlı insident nəticəsində 17 nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağır qiymətləndirilib.
Qətliamı törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Məlumata görə, hücumda AR-16 tüfəngindən istifadə olunub. Faktla bağlı araşdırma aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az