2449 azərbaycanlıya Türkiyədə işləmək üçün icazə verilib

2449 azərbaycanlıya Türkiyədə işləmək üçün icazə verilib
  16 Fevral 2018    Oxunub:3220
Ötən il 2449 azərbaycanlıya Türkiyədə işləmək icazəsi verilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, ötən il Türkiyədə 87 min əcnəbiyə işləmək üçün icazə verilib.
Bunların arasında suriyalılar ilk yerdədir. Türkiyədə işləmək istəyən 20970 Suriya, 7317 Gürcüstan, 6360 Qırğızıstan, 5761 Ukrayna vətəndaşı müsbət cavab alıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   İş   Azərbaycanlı  



Xəbər lenti