Sarkisyan Türkiyəyə barışıq təklif etdi
AzVision.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan Münhen Təhlükəsizlik Konfransında deyib.
"Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir. Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb"
Sarkisyan, həmçinin deyib: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”.
AzVision.az
Teqlər: Ermənistan Sarkisyan Türkiyə







Vaxtında, Aydın, Lazımlı!


