Afrində daha 3 kənd terrorçulardan azad edilib
Məlumatda qeyd olunub ki, ötən gün Afrində PYD, YPG və İŞİD terror təşkilatlarının 27 üzvü zərərsizləşdirilib, üç kənd - İkidam, Şeltah, Merseva və Racu bölgəsinin qərbindəki təpəliklər terrorçulardan təmizlənib.
Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 72-ə çatıb.
Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.
Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Türkiyə Afrin Suriya PKK