“Rusiya ilə münasibətlərdə həmişə problem olacaq” – ABŞ səfiri

“Rusiya ilə münasibətlərdə həmişə problem olacaq” – ABŞ səfiri
  27 Fevral 2018    Oxunub:1833
Moskva və Vaşinqton arasında münasibətlərdə həmişə problemlər olacaq, onları mərhələli şəkildə həll etmək lazımdır.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bildirib.
“Rusiya ilə münasibətlərdə həmişə problem olacaq. Onları mərhələli şəkildə həll etmək lazımdır. Lakin bir şeyi xatırlamaq lazımdır ki, biznes-münasibətlərin inkişafı, investisiyalar, sadə insanlar arasında əlaqələrin saxlanılmasında geri getmək lazımdır”, - deyə Hantsman Kazan universitetlərinin tələbə və müəllimləri ilə görüşündə bildirib.

Səfir eyni zamanda 2018-ci ildə Moskva və Vaşinqton arasında münasibətlərin yaxşılaşacağına ümid etdiyini söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Vaşinqton   Moskva  



Xəbər lenti