“Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər” - Kozlariç

“Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər” - Kozlariç
  27 Fevral 2018    Oxunub:2705
“Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin yenidən başlanması təhlükəsinin gündən-günə artması narahatedici məqamdır”

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç “Jamanak” qəzetinin müxbirinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanda keçiriləcək seçkilərdən sonra Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər.

“Ermənistanda seçkilər başa çatdıqdan və hakimiyyət təşkil edildikdən sonra Azərbaycan və Rusiyada Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üçün imkan yarana bilər və ya əksinə, hərbi əməliyyatlar bərpa oluna bilər”- ABŞ-ın keçmiş səfiri qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Qarabağ   Cəbhə  



Xəbər lenti