Ermənistanın Müdafiə Nazirliyində 40 milyonluq oğurluq - Mayor həbs edildi

Ermənistanın Müdafiə Nazirliyində 40 milyonluq oğurluq - Mayor həbs edildi
  01 Mart 2018    Oxunub:1881
Ermənistanın Müdafiə Nazirliyinin dərman bazasından 40 milyon dram məbləğində oğurluq edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayb. Qeyd olunub ki, hərbi polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 2015-17-ci illərdə “N” saylı hərbi hissənin içərisində olan dərmanların mərkəzi bazasından 40 milyon dram məbləğində dərman və tibbi avadanlıq oğurlanıb.

Faktla bağlı cinayət işi açılıb. “N” saylı hərbi hissənin komandir müavini, mayor L.A tutulub. Qeyd olunub ki, hazırda cinayətdə əli olan bütün şəxslər müəyyən edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Ordu   Oğurluq  



Xəbər lenti