Prezident və xanımı AZAL-da

Prezident və xanımı AZAL-da
  02 Oktyabr 2013    Oxunub:1214
Prezident və xanımı AZAL-da açılışa qatılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılıb və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını alıb.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlət başçısı idarənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.


Teqlər:  





Xəbər lenti